Modern.az

Azərbaycanın partiya sədri Xamneyini Qəddafiyə bənzətdi

Azərbaycanın partiya sədri Xamneyini Qəddafiyə bənzətdi

1 Mart 2011, 17:12

Hacı tahir Abbaslı: «Dəyişiklik seli İrana doğru gəlir»

«Dəyişiklik seli İrana doğru gəlir. İran müxalifətinin günü-gündən güclənməsi göz qabağındadır. Əli Xamneyi isə Qəddafi kimi özünü inqilab sahibi və inqilab rəhbəri bilir. O müxalifətin səsini duymaq və eşitmək belə istəmir. O da Qəddafi kimi xalqı Qərblə Amerkanın casusları hesab edir. Etiraz edənləri tutub dar ağacında asdırır».

Modern.az-ın məlumatına görə, bu fikirləri Azərbycan İslam Demokrat Partiyasının sədri hacı Tahir Abbaslı ərəb ölkələrində baş verən inqilabi prosesləri şərh edərkən deyib.

O bildirib ki, gec də olsa müsəlman dünyası demokratik dəyərləri öz ictimai və siyasi həyatlarında görmək və tədbiq etmək uğrunda mübarizəyə start veriblər:
«İndiyə kimi, müsəlman ödkələrindəki hakimiyyətlər İslamı olduğu kimi, yəni demokratk dəyərlərlə zəngin bir din kimi deyil, məhəllə təfəkkürlü və yırtıcı din kimi təqdim edərək öz hakimiyyətlərini qorumaqla işlərini bitmiş hesab ediblər. Məhz bu məqamı müşahidə edərək biz islamçı demokratlar hələ bir neçə il öncə müsəlman ölkələrində dəyişikliklərin olacağını proqnozlaşdırmışdıq.  Xisusilə də diktatura hökm sürən ölkələrdə arzuolunmaz hadisələrin baş verəcəyini vurğulamışdıq».

AİDP sədrinin fikrincə, yaşlı nəsil uzun illərdir hakimiyyyətdə olan diktatorların siyasətinə, zülmünə. Sitəminə vərdiş etmişdilər: «Amma yeni nəsil buna dözmədi. Onların coşqun sədası xalq və demokratiya haqqında  çox düşünmək lazım oluğunu göstərdi. Göründüyü kimi Tunisdən başlanan bu fırtına dayanmaq bilmədən şərqə doğru hərəkət etməkdədir. Görünən odur ki, müsəlmən dünyası demokratik rejimlərin hakimiyyəti altında yaşmaq istəklərini ortaya qoyublar».

Ərəb ölkələrində hakimiyyətdə olan diktatorları müqayisə edən AİDP sədri bildirib ki, Tunisn prezidenti Zeynəlabidin Ben Əli xalqın səsini duyub qaçmağa qərar versə də, Liviyanın lideri Müəmmər Qəddafi üsyançıları güllələtməkdən belə çəkinmədi: «Bəşər tarixi diktatorların da fərqli oduğunu subut edib. Hitler intihar anına qədər sahib olduğu hakimiyyətdən əl çəkmədi və milyonlarla günahsız insanın qırılmasına səbəb oldu. Müəmmər Qəddafi də Hitlerin yolunu gedir».

T.Abbaslı onu da qeyd edib ki, Misirdən və Tunisdən fərqli olaraq  Liviyada inqlibi proseslər uzandı. Bunun da səbəbi Liviyanın ictimai durumunda ciddi problemlərin olması, xalqın qəbilə şəkilində yaşamasından irəli gəlir: «Qəddafinin gücü də məhz bundan irəli gəlir».

Qəddafinin hərəkətləri ilə İran hakimiyyətində təmsil olunanların arasında paralellər aparan AİDP sədri bildirib ki, Qəddafinin “mən bu inqilabın rəhbəriyəm”, “etiraz edənlər münafiqdilər” və s. sözlərini İranın pəhbəri Xamneyinin sözləri ilə eyniləşdirmək olar.

İnadkarlıqda Qəddafini Səddam Hüseynə bənzədən T.Abbaslı hesab edir ki, bu dirənişə baxmayaraq Liviya lideri xalq arasında etibarını itirib və buna görə də hansı şəkildə olursa-olsun hakimiyyətdən gedəcək.

Digər ərəb ölkələrində də oxşar proseslərin getdiyini deyən

T.Abbaslı bildirdi ki, artıq ərəblər xalqın hakimiyyətini qurmaq barədə fikirləşməlidirlər: «Proseslər göstərir ki, indi diktatorların «evini» dağıtmaq ölkədə demokratiyanı hakim etməkdən çətindir. İkinci proses hövsələ tələb edir».               

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir