Modern.az

Amerikanın Yaxın Şərq siyasəti dəyişəcək

Amerikanın Yaxın Şərq siyasəti dəyişəcək

Aktual

11 Noyabr 2016, 11:52

Noyabrın 8-də ABŞ-da prezident seçkiləri keçirilib. Prezident postu uğrundakı seçkilərdə əsas rəqabət Demokratlar partiyasının namizədi Hillari Klinton və rəqibi Respublikaçı Donald Tramp arasında olub. Trampın prezident seçilməsi dünya üçün sürpriz oldu.

 

“Trampın prezident seçilməsindən sonra Amerikanın Yaxın  Şərqlə bağlı siyasətində ciddi dəyişikliklər olacaq. O, cümlədən  həmin dəyişikliklər hərbi və digər məsələləri də əhatə edəcək. Çünki Amerika təhlükəsizlik məsələlərində sərhədi aşıb. Amerikanın   dünyada 800-ə qədər hərbi bazaları var. Bu da o deməkdir ki, dünyaya hökmranlıq etmək istəyir”. Bunu Modern.az-a politoloq Rasim Ağayev deyib.

 

Ekspert bildirib ki, Tramp Amerikanın siyasi dairələrində olan maraqları əks etdirir.

 

“Müəyyən dairələr var ki, ABŞ-ın təhlükəsizliyi ilə razılaşmırlar. O cümlədən Amerikanın  Yaxın Şərq və Rusiyaya qarşı siyasəti ilə. Həmin dairələr müəyyən təhlükələri görür və bilirlər ki, bunun axırı çox pis olacaq. Ona görə də Tramp bu kimi fikirləri dilinə gətirirdi. Əgər bu Amerika vətəndaşlarının xoşuna gəlməsəydi, Trampı prezident seçməzdilər. O, faktiki olaraq seçicilərin yarıdan çoxunun səsini qazandı”.

Politoloq qeyd edib ki, Klintonlar, Buşlar Amerikanın siyasətində lazımı dəyişikliklər edə bilməzlər.

 

“Çünki onlar pullu dairələrə arxalanırlar. Amerika və xalqı  isə dəyişikliklər etmək istəyir. Trampın prezidentliyi dövründə ABŞ ola bilər ki, Suriyada və İraqdakı ordularını geri çağırsın.

“Trampın danışıqlarından mən belə başa düşürəm ki, o, Amerika və xalqının maraqlarına uyğun olan dəyişikliklər etmək istəyir”.

 

Mirmahmud KAZIMOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır