Modern.az

ATU-nun Tədris Terapevtik Klinikasına yeni baş həkim gətirildi

ATU-nun Tədris Terapevtik Klinikasına yeni baş həkim gətirildi

Aktual

11 Noyabr 2016, 12:33

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasına yeni baş həkim təyin olunub.

Modern.az-ın əldə etdiyi məlumata görə, bu gün Klinikanın direktoru, professor Hüseyn Qabulov baş həkim vəzifəsinə yeni təyinat almış Adil Nuriyevi kollektivə təqdim edib.

H. Qabulov ATU rektoru, professor Gəray Gəraybəylinin sərəncamı ilə bu təyinatın baş tutduğunu diqqətə çatdırıb.

Adil Nuriyev öz növbəsində, göstərilən etimada görə professor Gəray Gəraybəyliyə minnətdarlığını bildirib.

Qeyd edək ki, Adil Nuriyev Tibb Universitetinin II daxili xəstəliklər kafedrasının dosentidir. 1993-cü ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib.

 

Gülşən RAUFQIZI

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı