Modern.az

Trampın qələbəsinə etiraz edənlərin sayı artır

Trampın qələbəsinə etiraz edənlərin sayı artır

Aktual

11 Noyabr 2016, 12:34

ABŞ-da keçirilmiş prezident seçkilərində Donald Trampın qələbəsinə etiraz edənlər yenə aksiyalar keçiriblər.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Oreqon ştatındakı Portlend şəhərində minlərlə amerikalı küçələrə çıxaraq "Tramp, mənim prezidentim deyilsən!" şüarı altında mitinq keçiriblər.

 

Vaşinqtonda Amerika Universitetində isə etiraz aksiyası zamanı tələbələr ABŞ bayrağını yandırıblar.

 

Kampusa yığışmış yüzlərlə tələbə "Qaraların həyatı da önəmlidir", "İrqçiliyi dayandıraq!" və "İslamofobiyaya qarşı mübarizə apar!" şüarları yazılmış plakatları tutmuşdular. Bir qrup qaradərili tələbə ABŞ bayrağını yandıraraq "Rədd olsun ağdərili Amerika!" qışqıraraq etirazlarını bildiriblər.

 

Trampa qarşı etiraz aksiyaları Nyu-York, Vaşinqton, Los-Anceles, Filadelfiya, Portlend, Riçmond, Siettl şəhərlərində də keçirilib. Bu aksiyalar zamanı 40 nəfər həbs olunub.

 

Mirmahmud KAZIMOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!