Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

11 Noyabr 2016, 12:37

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, noyabrın 12-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturunun yarımadada gecə  9-11° isti, gündüz  14-17° isti, Bakıda gecə  9-11° isti, gündüz  15-17° isti olacağı gözlənilir.
Atmosfer  təzyiqi normadan yuxarı 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. 
Nisbi rütubət  gecə 75-85%, gündüz 60-70 % təşkil edəcək.

 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 5-10° isti, gündüz 14-17° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacağı gözlənilir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı