Modern.az

Ermənistan əhalisinin sayı ən aşağı həddə düşüb

Ermənistan əhalisinin sayı ən aşağı həddə düşüb

Aktual

11 Noyabr 2016, 13:28

Ermənistanda daimi yaşayan əhalinin sayı 2,998,600 nəfərə düşüb. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, statistika xidmətinin açıqladığı bu rəqəm Ermənistan tarixində ən aşağı göstəricidir. 2015-ci illə müqayisədə ölkə əhalisinin 12 min nəfər azaldığı müəyyən olunub.

 

Hesabatda qeyd olunur ki, 19990-cı illərdə təbii artımın azalması, kütləvi miqrasiya və ölüm hallarının artması erməni əhalisinin sayına mənfi təsir göstərib. 1990-cı ildə ölkədə 3,5 milyon nəfər vətəndaş qeydə alınsa da, 2016-cı ildə bu göstərici 2,9 milyona enib.

 

Statistikadan aydın olur ki, 1990-cı ildə Ermənistanda 79 min nəfər andan olsa da, 2015-ci ildə bu rəqəm 41,8 min nəfərə qədər azalıb.

 

Vüqar İSMAYILOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı