Modern.az

Miqrasiya Məcəlləsində vizalarla bağlı DƏYİŞİKLİK

Miqrasiya Məcəlləsində vizalarla bağlı DƏYİŞİKLİK

11 Noyabr 2016, 13:36

Milli Məclisin bu gün keçirilən iclasında Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Modern.az-ın xəbərinə görə, dəyişiklik layihəsinə əsasən, elektron vizanın verilməsi ilə bağlı müraciət qəbul edildikdən sonra ən geci 3 iş günü müddətində "Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahıları üzrə yoxlama aparılacaq. İmtina üçün əsas olmadıqda viza rəsmiləşdirilərək müraciət etmiş şəxsin elektron poçt ünvanına göndəriləcək.

 

Viza verilməsindən imtina edildikdə, müraciət etmiş şəxsin elektron poçt ünvanına bu barədə məlumat göndəriləcək.

Bundan başqa, “ASAN Viza” sistemi elektron vizaların verilməsi və ya verilməsindən imtina ilə bağlı məlumatları, habelə elektron müraciət formasında nəzərdə tutulan məlumatları "Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin “Viza” altsistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanına göndərəcək.

 

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

 

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!