Modern.az

Poroşenkonun İspaniyada villası tapıldı

Poroşenkonun İspaniyada villası tapıldı

11 Noyabr 2016, 14:07

Ukraynanın “UA:Perşiy” telekanalının jurnalistləri prezident Pyotr Poroşenkonun bəyannamədə göstərilməyən villasını aşkar ediblər.

Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, həmin villa İspaniyanın cənubundadır.

 

Ukraynalıların isə ondan xəbəri yoxdur. Prezident villanı heç vaxt bəyyanəməsində qeyd etməyib. Villanın prezidentin İspaniyadakı fimasının adına rəsmiləşdirilib.

Məlumata görə, villa 1993-cü ildə tikilib, Poroşenko onu 2008-ci ildə əldə edib.

 

Hovuzu olan ikimərtəbəli bina kurort şəhəri Marbelyanın qərbində yerləşir, ərazisi 0,26 hektardır. “Feruvita SL” şirkətinin dəyərləndirməsinə görə, dəyəri 4 milyon avrodur. 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü