Modern.az

“ABŞ-dakı seçkilər Qarabağ məsələsinin üstündən xətt çəkmək istəyənlərin məğlubiyyəti oldu”

“ABŞ-dakı seçkilər Qarabağ məsələsinin üstündən xətt çəkmək istəyənlərin məğlubiyyəti oldu”

Aktual

11 Noyabr 2016, 14:15

“Mənim aləmimdə ABŞ-da keçirilən seçkilər Amerika cəmiyyətində irqi, dini, milli böhranı ortaya çıxardı. İkincisi, seçkilər Amerika vətəndaşlarının pulunu Əfqanıstanda, Yaxın Şərqdə və digər məkanlarda inqilablara xərcləyənlərin məğlubiyyətini ortaya çıxardı. Bundan əlavə, ABŞ-dakı bu seçkilər Ağ Ev ətrafındakı lobbi qruplarını, maliyyə mərkəzlərini, ticarət şəbəkələrini və onların qurduqları korrupsiya sistemini dağıtmış oldu”.

Modern.az-ın xəbərinə görə, bu sözləri Milli Məclisin bugünkü iclasında deputat Zahid Oruc deyib. Deputat Donald Trampın prezident seçilməsi haqqında bu cür danışıb:

“Müxtəlif ərəb şeyxlərindən tutmuş, ayrı-ayrı ticarət mərkəzlərindən alınan vəsaitlər seçki kampaniyasına yönəlməkdə idi. Bu da oradakı seçki sisteminə qədər korrupsiyanın olduğunu sübut etmiş oldu. Bütün bunlar bizim rəyimiz deyil, yetərincə faktlar mövcuddur. Diktatura rejiminin demokratiya adı altında ayır-ayrı ölkələrin məhvinə səbəb olan siyasətinə qədər xalq öz reaksiyasını bildirmiş oldu. Amerika vətəndaşının problemini kənara qoyub, müxtəlif ölkələrdə siyasət quranlar və onlara necə yaşamğı diktə edənlər, liberal demokratiya ixrac edənlər qarşılarında çox ağır nəticə gördülər. Hesab edirəm ki, bu seçkilər 2009-cu ildə Ermənistan-Azərbaycan sərhədlərini açmaq adı ilə bu millətin Dağlıq Qarabağ kimi dərdinin üstündən xətt çəkmək istəyi ilə böyük siyasət reallaşdırmağa çalışanların məğlubiyyəti oldu”.

 

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!