Modern.az

Azərbaycandakı şəkərli diabetlə xəstələrinin SAYI açıqlanıb

Azərbaycandakı şəkərli diabetlə xəstələrinin SAYI açıqlanıb

11 Noyabr 2016, 15:08

Səhiyyə Nazirliyinin təşəbbüsü ilə akademik Mir Qasımov adına Respublika Klinik Xəstəxanasında Respublika Endokrinoloji Mərkəzi və ictimai təşkilat olan Azərbaycan Diabet Liqası ilə birlikdə Beynəlxalq Diabet Gününə həsr edilmiş tədbir keçirilib.

 Modern.az xəbər verir ki, tədbirdə qeyd olunub ki, dünyada hal hazırda 415 milyona yaxın şəkərli diabetlə (ŞD) xəstə insan var. 2040-cı ildə bu say 642 milyon olması ehtimal edilir.
 

Azərbaycanda 2016-cı il üçün son hesablamalarına əsasən 212 577 nəfər şəkərli diabetlə xəstə insanın olması rəsmi qeyd edilir. Onlardan tip1 ŞD 28924 nəfər, tip 2 ŞD 183653 nəfərdir.

 

2016-cı il üçün dövlət büdcəsindən ŞD-lə bağlı dövlət proqramına 40,1 mln. manat vəsait ayrılıb.

 

Tədbirdə bildirildi ki, dünyada hər 11 nəfərdən biri şəkərli diabetlə xəstədir. 75% ŞD xəstə olan böyük insanlar aşağı və orta gəlirli ölkələrdə yaşayır, qlobal səhiyyə xərclərinin 12% şəkərli diabet xəstəliyinə xərclənir, qlobal səhiyyə xərclərinin 673 milyard ABŞ dolları ŞD-in ağırlaşmalarına xərclənir (onun 12% yaşlı insanlara xərclənib).
 

 Diabetin göz, ürək qan-damar, böyrək, sinir sisteminə təsiri nəticəsində ağır problemlər meydana çıxır. Korluq, infark miokard, insult, böyrək hemodializi, ayaq amputasiyası erkən əllilliyə və ölümə səbəb olur. Diabeti olan insanlarda ürək qandamar xəstəliyindən və insultdan 2–3 dəfə, korluqdan — 10 dəfə, nefropatiyadan—12-15 dəfə, və s. ölüm halı müşahidə edilə bilər. Şəkərli Diabet ölüm hallarına görə 4-cü yeri tutur. Belə olan halda ancaq erkən diaqnoz və erkən müdaxilə korluğun qarşısını ala bilər. ŞD zamanı ilkin tibbi xidmətin düzgün təşkili bu problemin həllində mühüm rol oynayır. İlkin tibbi xidmət zamanı göz və göz dibi vəziyyətdən asılı olaraq ildə iki dəfə müayinə olunmalıdır.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?