Modern.az

Ukrayna MDB-dən çıxır

Ukrayna MDB-dən çıxır

11 Noyabr 2016, 15:40

Ukrayna Ali Radasının deputatları ölkənin MDB-də üzvlüyünə son vermək üçün Ali Radaya müraciət ediblər.

 

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, depuatatlar Ukraynanın Minskdə yerləşən və təşkilatla əlaqələrə cavab verən nümayəndəliyinin fəaliyyətinin dayandırılmasını təklif ediblər.

 

Bundan başqa, Rada deputatlarının MDB parlamentlərarası assambleyasından çıxmasını təklif ediblər.

 

Ukrayna XİN-nin rəhbəri Pavel Klimkin yaxın aylarda Kiyevin MDB-də üzvlüyündən çıxarılması məsələsini müzakirə edəcəklərini demişdi.

 

Vüqar İSMAYILOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir