Modern.az

Saakaşvili: “Gürcüstana qayıtmayacam”

Saakaşvili: “Gürcüstana qayıtmayacam”

11 Noyabr 2016, 17:07

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin qubernatoru postundan istefaya göndərilən Mixail Saakaşvili ölkəsinə geri dönməyəcəyini deyib.

 

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bununla belə Saakaşvili Gürcüstanı ziyarət edə biləcəyini istisan etməyib.

 

“Mən təbii ki, Gürcüstandakı tərəfdarlarımı dəstəkləyəcəm. Lakin mən bəyan etdiyim kimi ölkəyə geri dönməyəcəyimi demişəm. Təbii ki, digər ukraynalılar kimi məmnuniyyətlə ziyarətə gedə bilərəm”.

 

Xatırladaq ki, Odessa qubernatoru postundan azad olan Saakaşvili Kiyevə gələrək siyasi partiya yaratmaq niyyətini açıqlamışdı.

 

Vüqar İSMAYILOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi