Modern.az

Vüsalə Mahirqızı yeni internet qəzeti açır (FOTOLAR)

Vüsalə Mahirqızı yeni internet qəzeti açır (FOTOLAR)

1 Mart 2011, 19:36

APA-nın baş direktoru Vüsalə Mahirqızı bu gün Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin qonağı olub.

Fakültənin Beynəlxalq jurnalistika kafedrasının müəllimi Pərvanə İbrahimovanın tədris etdiyi «Azərbaycan informasiya agentliklərinin təşəkkülü və inkişafı» fənni üzrə IV kurs tələbələri ilə bir araya gələn Vüsalə Mahirqızı bazar münasibətlərinin formalaşması və özəl informasiya agentliklərinin inkişafı prosesindən danışıb.

Modern.az saytının məlumatına görə, V.Mahirqızı yaxın günlərdə “kulis.az” adlı yeni internet qəzetin istifadəyə veriləcəyini də bildirib. Onun sözlərinə görə, yeni sayt onun təsis etdiyi “lent.az” portalının tərkibində olacaq. “kulis.az” portalın ədəbiyyat və mədəniyyət əlavəsi kimi fəaliyyət göstərəcək.
“Azərbaycanda indiyədək saytlarda belə bir şey olmayıb. Məsələn, Türkiyənin “Hürriyət” qəzetinin saytında “hurriyet.kelebek” əlavəsi var. Biz bunu “lent.az”ın tərkibində bir əlavə edirik. Amma ayrıca bir internet qəzetidir. Bu sayt sırf olaraq ədəbiyyat və mədəniyyətdən yazacaq, başqa bir sahədən yazmayacaq”-deyən V.Mahirqızı bildirib ki, yeni saytda məhşur köşə yazarlarının köşə yazıları gedəcək, ədəbiyyat, mədəniyyət, kino tənqidiylə bağlı yazılar, kinolardan müxtəlif maraqlı fraqmentlər, kinoteatrlardan reportajlar olacaq.

“kulis.az”ın koordinatoru tanınmış köşə yazarı Qan Turalıdır.





Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir