Modern.az

ADP sədri: “Müsavatın mitinqini məqsədsiz və nəticəsiz sayıram”

ADP sədri: “Müsavatın mitinqini məqsədsiz və nəticəsiz sayıram”

Ölkə

2 Mart 2011, 10:43

“Müsavat Pariyası özünü İctimai Palatadan üstün qurum kimi təqdim etəməyə çalışır”. Bu fikirləri Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Müsavat Partiyasının ayın 12-də keçirəcəyi mitinqlə bağlı Modern.az –a münasibətini açıqlayarkın deyib:

“Mən Müsavat Pariyasının bu addımını yalnış hesab edirəm. Məncə, bəzi insanlar bu gün  mövcud durumdan istifadə etməyə çalışırlar. Bu baxımdan mən nəzərdə tutulan bu kütləvi aksiyanı məqsədsiz və nəticəsiz hesab edirəm”.
S.Cəlaloğlu ölkə müxlifətinin qərarlaşdığı İctimai Palatanın Müsavat Partiyası ilə işbirliyi məsələsinə aydınlıq gətirib.
“Bu istiqamətdə Müsavat Partiyası İctimai Palata və  AXCP ilə birlikdə əməkdaşlıq edir. Onda  belə çıxır ki, artıq İctimai Palatanın əhəmiyyəti yoxdur. Əgər bu quruma daxil olan patiyalar ayrı-ayrılıqda mübarizə aparırlarsa, onda İctimai Palata nədən ötrü yaradılmışdı? Bunu mən düzgün hesab etmirəm. Məncə, ya Müsavat Partiyası İctimai palatadan üstün bir qurum kimi cəmiyyətə özünü təqdim eləmək istəyir, ya da palatanın belə bir gücü, potensialı yoxdur”

Ölkədə inqilabi mütinin formalaşdığını bildirən S.Cəlaloğlu qeyd edib ki, partiyaların ayrılıqda mübarizə aparması düzgün deyil.
“Əgər Azərbaycanda inqilabi səviyyənin yüksək olduğunu nəzərə alsaq, bu gün Müsavat Partiyasının ölkədə baş verəcək hadisələrə nəzarət etməsi və eləcə də bu hərəkatda aparıcı qüvvə kimi çıxış etməsi üçün kifayət qədər potensialı yoxdur. Azərbaycan müxalifəti birlikdə bu hərəkatın qarşısına çıxıb ona istiqamət verə bilər. Bu baxımdan mən Müsavat Partiyasınan qərarını birmənalı qiymətləndirmirəm”.

Partiya sədri Azərbaycanda inqilab baş verərsə, bu inqlabın qarşısına çıxa biləcək qüvvənin olmadığını deyib:  “Mən hesab edirəm ki,  Azərbaycan xalqını təhlükədən qoruyan, yeni normal hökumət kabinetini ortaya qoyaq biləcək bir qüvvə yoxdursa, biz bu kimi addımlardan, qaçmalıyıq. Bu baxımdan müxalifətin əsas məqsədi güclü xalq təşkilatmanması və xalq birliyi olmalıdır”.

Anar Rüstəmov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü