Modern.az

Pentaqona ilk dəfə qadın rəhbərlik edə bilər

Pentaqona ilk dəfə qadın rəhbərlik edə bilər

Aktual

12 Noyabr 2016, 14:46

ABŞ-ın müdafiə naziri postuna namizədlərin siyahısına senator Kelli Ayott da düşüb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, onun namizədliyi məsələsini yeni seçilən prezident Donald Tramp da nəzərdən keçirir.

"The Washington Post"un yazdığına görə, Ayott Trampın kabinetindəki qadınlardan biri kimi həm də təyin olunacağı təqdirdə Pentaqonun rəhbəri olacaq ilk qadın kimi tarixə düşə bilər.

Qəzet qeyd edir ki, Ayott ciddiliyi ilə tanındığından onun namizədliyinin Senatdan keçməsi tez baş tuta bilər.

Ayott Nyu-Qempşir ştatından senatordur və noyabrın 8-də yenidən seçilməyə cəhd etsə də, 10 faiz fərqlə demokrat Meqqi Xassenə uduzub.

Qəzet onu da qeyd edir ki, Trampın müdafiə naziri postuna namizədləri arasında ordu generalı cozef Kelloq, hərbi kəşfiyyatın keçmiş direktoru general Mayk Flinni və Alabama ştatından senator Ceff Seşns də var.

 

Modern.az 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır