Modern.az

Qobustanda torpaq sürüşməsi qeydə alınıb

Qobustanda torpaq sürüşməsi qeydə alınıb

12 Noyabr 2016, 20:03

Respublikamızın daha bir ərazisində torpaq sürüşməsi qeydə alınıb. Modern.az saytı xəbər verir ki, bu dəfə Qobustan rayonunda torpaq sürüşüb. "ARB Şəki"nin məlumatına görə, rayonun Çuxanlı kəndində ötən illərdə yaşanan torpaq uçqunu bir həftədir ki, yenidən aktivləşib. Ərazidə mövcud olan sürüşmə zolağı miqyasca böyük olsa da sonuncu sürüşmə nöqtəsində 1-2 metrlik yarğanlar yaranıb. Yağışlardan sonra yamaclarda kiçik yarğanlar əmələ gəlib.

Sürüşmə zolağının üzərində bir ev yerləşir. Ev sahibinin sözlərinə görə, torpaq qatının altında çox sayda qurunt suları yığılıb ki, bu da sürüşmələrə səbəb olur. Sürüşmə bu cür davam edərsə, yaxınlıqdakı ev təhlükə artına düşə bilər. Qarşısı alına bilməyən torpaq qatı yuxarıdan evə doğru hərəkət edir. Mövcud problemlə bağlı rayon Fövqəladə Hallar Komissiyasına məlumat verlib.

Xatırladaq ki, sonuncu dəfə həmin ərazidə 2010-cu ildə böyük uçqunlar qeydə alınıb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır