Modern.az

Davamlı inkişafın idarə olunmasında QHT-lərin rolu

Davamlı inkişafın idarə olunmasında QHT-lərin rolu

12 Noyabr 2016, 20:28

Davamlı inkişaf anlayışı, özündə insan faktoruna xüsusi əhəmiyyət verən mövcud əhalinin sosial və iqtisadi ehtiyaclarının qarşılanması zamanı gələcək nəsillərin də ehtiyaclarını göz önünə alan təbii və mədəni resursların xüsusi qayğıyla və  diqqətli bir şəkildə sərf edilməsini nəzərdə tutan kompleks və sistemli bir yanaşmadır. Bu mənada davamlı inkişaf cəmiyyətin sosial, mədəni, təbii və insan resurslarının tamamının ehtiyatla istifadə edilməsini təmin edən və buna hörmətlə yanaşma əsasına dayanan sosial bir baxış tərzi və iştirakçılıq prinsipinə əsaslanan bir prosesdir. Davamlı inkişaf gələcək nəsillərin tələbatlarını ödəməyə təhlükə yaratmadan indiki nəslin tələbatlarını ödəməyə şərait yaradan inkişafdır. Bu harmoniyanın statistik vəziyyətinə nail olmaq deyil, əksinə ardıcıl dəyişən prosesdir ki, burada təbii resursların istismarı, sərmayələrin istiqaməti, texnoloji tərəqqiyə və institutsional dəyişikliyə meyllik gələcəyin və bu günün tələbatlarına uyğundur. (BMT 1987-ci il, T.Brunlandin məruzəsindən). Mahiyyətcə mövcud problemlərə qarşı yeni yanaşma olan davamlı inkişaf bir-birilə sıx qarşılıqlı əlaqədə olan üç əhəmiyyətli sferanı özündə birləşdirir. Bu mənada davamlı inkişaf hədəfi bu üç sferanın bərabər şəkildə ələ alınmasını ehtiva edir. qeyd etdiyimiz kimi davamlı inkişaf, iqtisadiyyat, ətraf mühit və sosial sferanı özündə birləşdirən və daha doğrusu iqitisadiyat, ekologiya və sosial sahələrdəki davamlı inkişafın bir kombinasiyasından ibarətdir. Bəs davamlı inkişafın idarə olunmasında QHT-lərin rolu və əhəmiyyəti nədən ibarət ola bilər?

Məlum olduğu kimi, Qeyri-hökumət təşkilatlarının (QHT) əsas məqsədi dövlətlə vətəndaş cəmiyyəti arasında körpü rolunu oynamaq, vətəndaş təşəbbüslərini ictimailəşdirməkdir. QHT-lərin vəzifəsi  humanitar, siyasi, hüquqi və sosial-iqtisadi  kimi prioritet istiqamətlər  üzərində qurulub. Eyni zamanda onların məqsədi cəmiyyətdəki siyasi-hüquqi, yaxud sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması üçün əlavə imkan və təşəbbüslərin üzə çıxarılmasına yardım etməklə əhalinin həyat səviyyəsinin yüksəldilməsindən, bütün tərəfdaşlar üçün geniş və bərabər inkişaf imkanlarının yaradılmasından ibarətdir. Dövlət tərəfində bu sahənin inkişaf təmin edilməsi məqsədi ilə müəyyən tədbirlərin hazırlanıb icra olunur. Fikirmizcə, bu proseslərdə cəmiyyətlə daha sıx işləyən və  vətəndaş cəmiyyətinin əsas sütünlarında olan qeyri-hökumət təşkilatlarının (QHT-lərin) fəal iştirakı vacib elementlərdən biri olmalıdır. Eyni zamanda bu məqsədlə xarici ölkələrin təcrübəsində davamlı inkişafın təmin edilməsi üçün QHT-lərin oynadıqları rol hərtərəfli tədqiq olunmalı və ən yaxşı təcrübənin ölkəmizdə tətbiqi təmin edilməlidir.

Belə ki, davamlı  inkişafa  və onun idarə olunmasına sosial tərəfdaşlıq çərçivəsində hakimiyyət orqanları və  bizneslə yanaşı  QHT-lərin də cəlb olunması ilə nail olmaq mümkündür.   Müasir dövrdə dövlət hakimiyyət orqanları ilə yanaşı öz inkişaf siyasətini formalaşdırmaq hüququna malik vətəndaş cəmiyyəti  təşkilatlarının əsas qüvvələrindən olan QHT-lərdən ibarət subyektlərin rolu artmışdır. Burada əsas vəzifələrdən biri bu subyektlərin maraqlarının razılaşdırılmasından ibarət olmalıdır. Bu məsələnin həlli dövlət siyasətinin QHT-lərin siyasəti ilə əlaqələndirilməsini təmin edəcək xüsusi institutların və proseduraların işlənib hazırlanması ilə bağlıdır.  Maraqların razılaşdırılmasının belə bir mexanizminin işlənib hazırlanması zamanı subyektlər arasında qarşılıqlı fəaliyyət siseminin formalaşmasına xüsusi diqqət verilməlidir. Dövlət, yerli icmaların və cəmiyyətin maraqlarının, eyni zamanda QHT-lərin maraqlarının əlaqələndirilməsini təmin edəcək bu mexanizm tərəfdaşlıq və əməkdaşlıq  ola bilər.  Belə qarşılıqlı fəaliyyətin əsas hərəkətverici qüvvəsi qeyd olunan subyektlərin maraqlarından, məqsədi isə bu maraqların reallaşdırılmasından ibarətdir. Bu baxımdan tərəfdaşlığı və əməkdaşlığı vətəndaş cəmiyyəti institutlarının, eyni zamanda QHT-lərin və dövlətin qarşılıqlı fəaliyyət sistemi kimi müəyyənləşdirmək olar. Bu sistem davamlı inkişaf strategiyasının işlənib hazırlanması və həyata keçirilməsi prosesində bütün sosial subyektlərin maraqlarının aşkara çıxarılması və reallaşdırılmasını təmin etməlidir.  Mütəxəsisslərin də qeyd etdiyi kimi  regionların davamlı inkişafına davamlı iqtisadi artım və sosial tərəfdaşlıq çərçivəsində hakimiyyət orqanlarının, biznesin və yerli icmaların, eyni zamanda QHT-lərin də qarşılıqlı əməkdaşlığı nəticəsinldə nail olmaq mümkündür. Belə ki, tərəfdaşlardan hər birinin özünəməxsus maraqları olmasına baxmayaraq regionun bütün sosial qrupları, birlikləri, institutları üçün ümumi, vahid maraqı həmişə müəyyənləşdirmək mümkündür. Bu maraq elə sosial-iqtisadi siyasətin işlənib hazırlanması və reallaşdırılmasından ibarətdir ki, bütövlükdə regionun davamlı inkişafını təmin etməklə, subyektəlrin hər birinin maraqlarının reallaşdırılmasının zəruri şərti və zəmanətçisi olsun. Belə bir siyasətin işlənib hazırlanması, qəbulu və reallaşdırılmasının mexanizmi sosial tərəfdaşlıqdır. Bunu aşağıdakı sxemdən daha aydın görmək olar.

Dövlət tərəfindən davamlı inkişaf naminə QHT-lər də  prioritet hesab olunmalı, eyni zamanda QHT-lərin özlərinin də davamlı inkişaf məsələsi  onların  startegiyalarında öz əksini tapmalı, hazırladıqları layihələr bu istiqamətdə olmalıdır.

 

Elməddin Hacılı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər