Modern.az

Bolqarıstanda prezident seçkilərinin ikinci turu üzrə səsvermə başlayıb

Bolqarıstanda prezident seçkilərinin ikinci turu üzrə səsvermə başlayıb

13 Noyabr 2016, 10:30

Bu gün yerli vaxtla saat 7.00-da (Bakı vaxtı ilə 9.00) Bolqarıstanda prezident seçkilərinin ikinci turu üzrə səsvermə başlayıb.

 

Modern.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, ölkədə səsvermə hüququna malik 6,8 milyon seçicinin səs verməsi üçün 12 mindən çox seçki məntəqəsi açılıb.

 

Seçkilərin ikinci turunda Bolqarıstan Sosialist Partiyasının rəhbərlik etdiyi təşəbbüs qrupunun irəli sürdüyü Rumen Radyev və hakim “Bolqarıstanda Avropa İnkişafı üçün Vətəndaşlar” Partiyasının  və partiyanın koalisiya ortaqlarının dəstəklədiyi Tsetska Tsaçyeva mübarizə aparırlar. Eyni zamanda respublikanın vitse-prezidentlərinin də seçkisi keçirilir.

 

Mövcud qanunvericiliyə əsasən səsvermədə iştirak məcburi xarakter daşıyır. Ancaq ekspertlər seçicilərinin 50 faizindən bir qədər çoxunun seçki məntəqələrinə gələcəyini proqnozlaşdırırlar.

 

Səsvermə yerli vaxtla saat 20.00-da (Bakı vaxtı ilə 22.00) başa çatacaq. 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır