Modern.az

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

13 Noyabr 2016, 13:50

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

 

Havanın temperaturunun gecə  9-12° isti, gündüz  15-18° isti, Bakıda gecə  10-12° isti, gündüz  16-18° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  764 mm civə sütunu, nisbi rütubət  gecə 80-90 %, gündüz 55-65 % təşkil edəcək.

 

Azərbaycanın rayonlarına gəlincə, noyabrın 14-də hava şəraitinin əsasən yağmursuz, bəzi  yerlərdə dumanlı olacağı gözlənilir. Lakin gecə və səhər Lənkəran-Astara zonasında çiskinli yağış yağacağı ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir  güclənəcək. Havanın temperaturunun gecə 5-10° isti,  gündüz 15-20° isti, dağlarda gecə  3-8° isti, gündüz  13-18° isti olacağı gözlənilir.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi