Modern.az

Pakistan və banqladeşli miqrantların Azərbaycan MACƏRALARI

Pakistan və banqladeşli miqrantların Azərbaycan MACƏRALARI

15 Noyabr 2016, 14:19

Dövlət Miqrasiya Xidməti tərəfindən 2016-cı ilin oktyabr ayı ərzində 2299 əcnəbi tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib.
Onlardan 18-nin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub, 212 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 1576 əcnəbinin Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmələri, 493 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.



Dövlət Miqrasiya Xidmətindən Modern.az-a bildirilib ki, ay  ərzində Azərbaycan bu quruma  əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 10807 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.


Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 45874 əcnəbinin müraciəti qeydə alınıb.

   
Dövlət Miqrasiya Xidməti tərəfindən ay ərzində respublikanın ayrı-ayrı bölgələrində 6maarifləndirmə tədbiri keçirilib.


Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçi­ril­miş tədbirlər za­ma­nı isə 3 nə­fər Pakistan İslam Respublikası və 4 nəfər Banqladeş Xalq Res­­pub­li­ka­sı və­tən­da­şı saxlanılıb.


Araşdırma zamanı Banqladeş vətəndaşı Rony MDIf­tek­jeir Ud­di­n və Pakistan vətəndaşı Latif Muhammadın gəlir əldə etmək məqsədilə öz həmvətənlərini işə düzəltmək adı ilə al­da­daraq Azərbaycana gətir­dikləri müəyyən edil­ib. Belə ki, bu şəxslər Azərbaycan Respublikasına yalan vədlər­­lə dəvət etdikləri Banqladeş və Pakistan vətəndaşlarını  müxtəlif ünvanlarda yerləşdirib, onlara qanunsuz yollarla müvəqqəti yaşama icazələrinin alınmasına dair razılığa gəliblər. Öz qanunsuz əməllərini Azərbaycanda əyani təh­­sil ilə pərdələməyə çalışan Banqladeş vətən­daşı­ Rony MDIf­tek­jeir Ud­di­nin həmvətəni Miah Ta­nı­ma müvəqqəti yaşama icazəsi alınmasını vəd etdiyi və bunun müqabilində ondan 2000 manat tələb et­di­yi məlum ol­ub.


Eyni zamanda Rony MDIf­tek­jeir Ud­di­n ilə əlbir olan Latif Muhammadın Pakis­­tan vətəndaşı Tariq Mu­ham­mad Has­­­sa­na müvəqqəti yaşama icazəsi alınma­sı üçün onun Azər­bay­­can vətən­daşı Əli­ye­va Zəhra Allahverdi qızı ilə məqsədli ni­ka­ha da­xil olmasını təşkil etdiyi müəyyən edilib. Aparılmış söhbət zamanı Z.Əliyeva Latif Mu­ham­­­madın ona Tariq Muham­mad­ Hassanla nikaha daxil olması müqabilində 300 manat təklif etdiyini bildirib. Z.Əliyeva Latif Muhammadın bu təklifi ilə razılaşdığını, lakin son­radan ortaya çıxan bir sı­ra çətinliklər səbəbindən Tariq Muhammad Hassanla nikahlarını rəs­mi­ləş­di­rə bilmədikləri qeyd edib. Bununla yanaşı Z.Əliyeva Tariq Muhammad Hassanla yalnız sənəd üzərində ailə quracağını, onunla birgə yaşamağı planlaşdırmadığını etiraf edib.


Keçirilmiş tədbirlər nəticəsində Latif Muhammad və Rony MDIf­tek­jeir Uddinin  əməlləri ifşa olunub və saxlanılan əcnəbilər müvafiq inzibati məsuliyyətə cəlb edil­iblər.


Dövlət Miqrasiya Xidməti tə­rə­fin­­dən qanunsuz miqrasiyaya qarşı mübarizə çər­­çi­və­sində tədbirlər da­vam etdirilir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı