Modern.az

“Toplum” jurnalının ilk sayı çıxıb

“Toplum” jurnalının ilk sayı çıxıb

2 Mart 2011, 15:19
Bu günlərdə demokratik proseslər və vətəndaş cəmiyyətinin problemlərinə həsr edilən  “Toplum” jurnalının ilk sayı çapdan çıxıb. Jurnal “Demokratiyanı öyrənmə” İctimai Birliyinin Avropa Komissiyasının maliyyə yardımı ilə həyata keçirdiyi layihə çərçivəsində nəşr edilir. Rüblük nəşr edilən jurnalın baş redaktoru “İnam” Plüralizm Mərkəzinin rəhbəri Vahid Qazidir. Onun sözlərinə görə, əvvəlcə bu məsələlərə həsr edilmiş informasiya bülleteni hazırlanması nəzərdə tutulubmuş. Amma sonradan rüblük jurnal çap etmək qərara alınıb:
“Bu, geniş kütlə üçün nəzərdə tutulan jurnal deyil. Əsas diqqətimizi demokratiya proseslərinə və vətəndaş cəmiyyətinin mövcud problemlərinə yönəltmişik. Jurnalda oxucuları demokratiya və azadlıq ideyalarına, cəmiyyətin ictimai, siyasi, mədəni həyatına konseptual yanaşmalar, fərqli baxışlarla tanış ola biləcəklər”.  

QHT-lərə onlayn məsləhət veriləcək 

Jurnalla yanaşı, “Demokratiyanı öyrənmə” İctimai Birliyi www.qht-resurs.az saytını da istifadəyə verib. Bu sayt birləşmək hüququnun təbliği və vətəndaş cəmiyyətinin inkişafına yardım məqsədi güdən yeni virtual təşəbbüsdür. Vətəndaş cəmiyyətinə dair müxtəlif məsələləri əsks etdirən sayt həm də QHT-lərə onlayn məsləhət və hüququ yardım göstərən İnternet resurs mərkəzi kimi fəaliyyət göstərəcək.  

Fərəh
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir