Modern.az

Naxçıvanda irimiqyaslı hərbi təlimlər başladı - FOTOLAR

Naxçıvanda irimiqyaslı hərbi təlimlər başladı - FOTOLAR

15 Noyabr 2016, 14:55

Azərbaycan Silahlı Qüvvələrinin irimiqyaslı təlimləri çərçivəsində “Həyəcan” siqnalı ilə qaldırılan Əlahiddə Ümumqoşun Ordunun birləşmə, hissə və bölmələrinin şəxsi heyət və hərbi texnikası təyin olunmuş döyüş təyinatı rayonlarına çıxarılıb və hərtərəfli təminatla təmin edilib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə,  Əlahiddə Ümumqoşun Ordunun artilleriya birləşmə və hissələrinin döyüş əməliyyatı rayonlarında peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi məqsədi ilə təlimlər keçirilir.

 

Döyüşdə tibb təminatının yüksək səviyyədə təşkili üçün tibb bölmələri səhra şəraitində açılaraq müvafiq tapşırıqları yerinə yetirməyə hazırdır.

 

Mirmahmud KAZIMOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir