Modern.az

Jurnalistlər üçün tam fərqli MÜSABİQƏ

Jurnalistlər üçün tam fərqli MÜSABİQƏ

15 Noyabr 2016, 15:24

Dünya Türk Gənclər Birliyi və Azərbaycan Gənclərinin Demokratik İnkişafa Yardımı İctimai Birliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyilə Azərbaycanın müstəqilliyin bərpasının 25-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Müstəqil Azərbaycan” adlı məqalə müsabiqəsi elan edilib. Təşkilatmıların Modern.az-a verdiyi məlumata görə, müsabiqə Azərbaycanın müstəqilliyinə və bu müstəqillikdə Heydər Əliyevin əvəzsiz rolu haqqında yeni biliklərin əldə olunmasına xidmət göstərəcəkr.

Jurnalistlər arasında keçiriləcək müsabiqəyə 2016-cı il noyabrın 15-də müsabiqəyə start verilib, noyabrın sonunda isə yekun vurulacaq. Müsabiqəyə təqdim olunmuş ən yaxşı yazılar münsif qrupu tərəfindən seçiləcək, qaliblər dekabr ayında mükafatlandırma mərasimində elan ediləcək.

-         Birinci yerin qalibi 1000 AZN,

-         İkinci yerin qalibi 800 AZN,

-         Üçüncü yerin qalibi isə 600 AZN

məbləğində mükafat alacaq. Bundan başqa müsabiqədə 3 həvəsləndirici yer müəyyənləşdirilib ki, onların hər birinə 300 AZN təqdim olunacaq.

Müsabiqənin fərqli cəhəti ondan ibarətdir ki, jurnalistlərdən yeni yazı tələb olunmur. 2016-cı il ərzində bu mövzuda dərc olunmuş yazılar müsabiqəyə təqdim oluna bilər.

Müsabiqəyə təqdim olunan yazılarda aşağıdakı xüsusiyyətlərə əhəmiyyət veriləcək :

-Materialların mövzunu dolğun əhatə etmə səviyyəsi;

-Faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyəti;

-İfadə vasitələrinin zənginliyi;

-Oxucu üçün informasiyalılıq dərəcəsi;

-Müsabiqə üçün verilmiş yazının getdiyi qəzet və jurnalın 1 nüsxəsi (ayrıca vərəqdə);

-Yazı elektron media resursunda verilibsə, bunu təsdiqləyən link (ayrıca vərəqdə);

 

-Materialın yazılı formada A4 formatlı kağız vərəqində 3 nüsxəsi (nüsxələrin hər birində materialın müsabiqə üzrə olan istiqaməti qeyd edilməli, müəllifinin adı göstərilməməlidir);

diskdə materialın elektron forması (Times New Roman şriftində, müəllifin adı qeyd olunmamaqla);

-Yazı təqdim edən şəxsin əlaqə vasitələri – ev və iş telefonu, mobil telefonu;

-Yazı elektron media resursunda verilibsə, diskdə yazının linki göstərilməlidir.

Yazı müəllifinin konkret kütləvi informasiya vasitəsində çalışması şərtdir. Müsabiqə üçün təqdim ediləcək materialın müəllifin çalışdığı KİV-də verilməsi şərt deyil. Müsabiqəyə təqdim edilmiş yazıların Azərbaycan Mətbuat Şurasının “qara siyahı”sında yer alan kütləvi informasiya vasitələrində çıxması yolverilməzdir.

Ünvan: Səbail rayonu, Üzeyir Hacıbəyov küç., 26/92, 3-cü mərtəbə

Əlaqə vasitələri : [email protected]

Tel: (+994 12) 598 41 36

       (+994 70) 838 10 80

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir