Modern.az

Ahıska türkləri tarixi vətənlərinə qayıda bilmirlər: “9 ölkəyə səpələnmişik”

Ahıska türkləri tarixi vətənlərinə qayıda bilmirlər: “9 ölkəyə səpələnmişik”

15 Noyabr 2016, 16:09

Dünən Ahıska türklərinin öz doğma yurd-yuvalarından sürgün olunmalarının 72-ci ili tamam olub.

Azərbaycanda yaşayan Ahıska Türkləri  Vətən İctimai Birliyinin sədri İbrahim Məmmədov Modern.az-a açıqlamasında  bir sıra tədbirlər keçirdiklərini deyib.

“Ahıska türklərinin sürgün olunmasının 72-ci ildönümü oldu. Biz də bununla əlaqədar Saatlı-Sabirabad, Quba-Xaçmaz bölgəsində tədbirlər keçirdik. Noyabrın 10-da Gürcüstana getdik. 80-nə yaxın adamla Gürcüstanın Ahıska kəndinə yollanıb orada tədbirlər keçirdik. Ancaq özümüz bir araya gəldik. Yenə də qanunsuz sürgündən danışdıq. Heç bir əsas olmadan bizləri tarixi torpaqlarımızdan sürgün etdilər. Artıq 73 ildir ki, vətəndən kənarda dünyanın 9 ölkəsində yaşayırıq. Vətənimizə qayıdışla bağlı söhbətlər etdik”.

İbrahim Məmmədov tarixi torpaqlara qayıdışla bağlı heç bir yeniliyin olmadığını da bildirib.

“Hələ ki, elə bir yenilik yoxdur. İmkanı olan ailələr öz vətənlərinə köç edir. 497 nəfərə Gürcüstanda şərti vətəndaşlıq verilib. İmkanı olanlar ev də alıb yaşayırlar. Hal-hazırda 35-40 ailə Ahıskada yaşayır”.

 

Namidə BİNGÖL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər