Modern.az

Dəmiryol stansiyasının yaxınlığında mərmi aşkarlandı - FOTO  

Dəmiryol stansiyasının yaxınlığında mərmi aşkarlandı - FOTO   

15 Noyabr 2016, 16:09

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) noyabrın 15-də Agentlik tərəfindən Beyləqan rayonunda aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabatı açıqalyıb.

 

Agentlikdən Modern.az-a verilən məlumata görə, aşkar olunmuş Birinci Şahsevən kəndində, Dəmiryol stansiyasının yaxınlığındakı ərazidə 5 ədəd top mərmisinin gilizi (boş) və 2 ədəd partlamamış hərbi sursat (122 mm-lik top mərmisi (OF-462) və 125 mm-lik top mərmisi (OF-26)) aşkar edilib. Nəticə etibarilə 1 500 kv.m. ərazi yoxlanılıb.

 

Ümumilikdə Agentlik tərəfindən 7 aprel – 15 noyabrda Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Beyləqan, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 649 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 2 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi, 1 çınqıl karxanası və 1 dəmiryolu stansiyası ərazisinə baxış keçirilmiş, 3 955 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 2 ədəd piyada əleyhinə mina (OZM-72), 2 ədəd “siqnal minası” və 43 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

 

Gülşən RAUFQIZI

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir