Modern.az

 “Bookmate” istifadəçilərinin sayı 11000  nəfəri keçdi

 “Bookmate” istifadəçilərinin sayı 11000  nəfəri keçdi

15 Noyabr 2016, 16:43

Azercell Telekom MMC-nin ötən ilin noyabr ayında mütaliə sevərlər üçün təqdim etdiyi “Bookmate” layihəsindən yararlanan abunəçilərin sayı getdikcə artmaqdadır. Belə ki, istifadəyə verildiyi gündən indiyə qədər 1 il ərzindəxidmətdən mütəmadi olaraq faydalanan istifadəçilərin sayı 11000 nəfəri keçib.Ümumilikdə isə bu bir il ərzində 40000 qədər insan “Bookmate” əlavəsindən istifadə edib.

 

Məlumat üçün bildirək ki, “Bookmate” minlərlə kitabı elektron cihaz üzərindən oxumaq üçün yaradılmış mobil tətbiqdir.Bu xidmət telefonda, planşetdə və kompüterdə maraqlı əsərləri tapıb oxumağın ən rahat yoludur. Azercell-in güzəştli qiymətlə təqdim etdiyi mobil kitabxanada 600 000-dən artıq kitaba çıxış təmin olunub. “Bookmate” mobil kitabxanasına günluk cəmi 15 qəpik ödəməklə, oxucular yalnız xarici ədəbiyyat deyil, azərbaycanlı müəlliflərin əsərləri ilə də tanış ola bilərlər. Eyni zamanda aylıq3,5 AZN ödəyərək siz “Bookmate” vasitəsilə istənilən kitabı oxuya və öz kitabxananıza əlavə edə bilərsiniz. Yeri gəlmişkən, əlavəni yükləyən hər bir yeni abunəçi “Bookmate"dən 1 həftə ərzində pulsuz istifadə etmək imkanı qazanır. Qeyd edək ki, danışıq balansından ödəniş imkanı abunəçilər üçün vaxt itirmədən, heç bir kredit kartından istifadə etmədən elektron kitabxanadan rahat şəkildə yararlanmaq imkanı verir.

 

Xidmətin ən mühüm üstünlüklərindən biri “Bookmate” kitabxanasında kitab oxumaq üçün daimi internetə ehtiyacın olmamasıdır. Çünki yüklənən kitabı istənilən vaxt, istənilən yerdə, məsələn, metroda və təyyarədə oxumaq mümkündür. Həmçinin, əlinizin altında olan cihazın– telefon, planşet və ya kompüter olmasının fərqi yoxdur. Çünki kitab cihaza yox, sizin şəxsi kitabxananıza əlavə edilir.

 

Qeyd edək ki, “Bookmate” Android, iOS əməliyyat sistemləri üzərindən işləyir. Bundan əlavə, www.bookmate.comsaytına da daxil olmaqla abunəçilər kitabları oxuya və ya öz mobil cihazlarına əlavə edə bilərlər.Xidmət haqqında ətraflı məlumat və qoşulma qaydalarını www.azercell.com/bookmatesəhifəsindən əldə etmək mümkündür.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu