Modern.az

“Ac Ermənistanda 60 milyonçu var”

“Ac Ermənistanda 60 milyonçu var”

15 Noyabr 2016, 17:04

Əhalinin aclıq çəkdiyi Ermənistanda onlarla milyonçu var, dövlət isə kasıblardan min dram tələb edir.

Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, bunu parlamentdə Erməni milli konqresinin fraksiyasının katibi Aram Manukyan ölən və əlil olan hərbçilərin sığortalanmasını nəzərdə tutan qanun layihəsinin müzakirəsi zamanı bəyan edib.

Bu məqsədlə Ermənistanda hər işləyən adamın əmək haqqından min dram saxlanılması nəzərdə tutulur. Layihə qəbul olunsa, 2017-ci il yanvarın 28-dən qüvvəyə minəcək.

“Müxtəlif dəyərləndirmələrə görə, Ermənistanda ildə 1 milyarddan 1,5 milyard dollara qədər pul “qara yolla” çıxarılır. Ermənistanda 5 milyarder, təkcə parlamentin zalında isə 60 milyonçu var. Amma belə ölkədə qanuni yolla tez varlanmırlar”, - Manukyan vurğulayıb.

Onun fikrincə, məgər ali baş komandan onları bir yerə yığıb bunu deyə bilməz: “Vəziyyət pisdir – siz nəyisə öz öhdənizə götürün. Məgər onlara çətin olacaq? Çətindir. Ona görə ki, onları özündən ayırmaq çətindir”, - deputat bəyan edib.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu