Modern.az

Prezident baş prokurorluğa çağırıldı

Prezident baş prokurorluğa çağırıldı

Aktual

15 Noyabr 2016, 18:07

Ukraynanın Baş Prokurorluğunun xüsusi araşdırmalar departamentinin rəhbəri Sergey Qorbatyuk dövlət başçısı Pyotr Poroşenkonun ifadə vermək üçün çağırış göndərildiyini elan edib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, istintaq hərəkətinin noyabrın 29-da apareılacağı gözlənilir.

Ancaq prokurorluq Poroşenkodan hələ də cavab almayıb.

Bundan əlavə, Ukrayna prezidentinə çağırış birinci dəfə göndərilmir.

“Biz çoxdan Poroşenkonu dindirməyə hazırlaşırıq. Sadəcə, neçənci dəfədir çağırış vərəqəsi yollamışıq və gözləyirik. Bu dəfə nəticəsi olacaq. Prezident Administrasiyası ilə əlaqəmiz deməyə əsas verir ki, o hazırdır və gələcək. Yalnız vaxtı razılaşdırmaq qalır. Bir sözlə, razılıq var, lakin onun gəlişi heç cür reallaşmır”, - Sergey Qorbatyuk qeyd edib.

Prokurorluq prezidentin sorğu-suala çağırılmasının səbəbini də açıqlayıb. Sorğu-sual 2014-cü ilin yazında Kiyevdəki Maydanda ölüm faktları ilə bağlı araşdırma çərçivəsində aparılacaq.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır