Modern.az

İlham Əliyev: “Yaxın ətrafımızda baş verən qarşıdurmalar bizi narahat edir”.

İlham Əliyev: “Yaxın ətrafımızda baş verən qarşıdurmalar bizi narahat edir”.

16 Noyabr 2016, 12:08

Dünya Xəbər Agentliklərinin Bakıdakı V Konqresində nitq söyləyən Prezident İlham Əliyev
Azərbaycanın iqtisadi uğurlarından danışıb.
Dövlətimizin başçısı diqqətə çatdırıb ki, Azərbaycan iqtisadiyyatı bir mənbədən asılı deyil, şaxələndirilib.

“İqtisadiyyatımızın şaxələndirilməsi davam edəcək. Azərbaycanın təşəbbüsü ilə Xəzər dənizi, Aralıq dənizi, Asiya ilə Avropa birləşdirilir. “Cənub Qaz Dəhlizi” layihəsinə 45 milyard dollar sərmayə qoyulub. Bu, Azərbaycanın böyük qaz ixracatçısına çevrilməsinə imkan verəcək. Bizim enerji əməkdaşlığımız milli maraqlara əsaslanır. Azərbaycan əlverişli coğrafi mövqedə yerləşir, ancaq müvafiq infrastruktur yaradılmalıdır. Şimal-Cənub, Şərq-Qərb dəhlizi Azərbaycanın ixrac və tranzit potensialını genişləndirəcək. Həmin dəhlizlərin qurulması üçün sərmayə qoyuruq, eyni zamanda, qonşularımıza kömək edirik. Təhlükəsizlik olmadan bu layihələrin heç biri həyata keçirilə bilməz. Yaxın ətrafımızda baş verən müharibələr, qarşıdurmalar bizi narahat edir”.

Dövlət başçısı qeyd etdi ki, Azərbaycanın həyata keçirdiyi siyasət bütün region üçün vacibdir. Prezident İlham Əliyev Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi diqqət yetirildiyini söyləyərək deyib ki, 250 min qaçqın və məcburi köçkün yeni qəsəbələrdə yerləşdirilib. Azərbaycanda əhalinin təhsilinə xüsusi diqqət yetirilir, bu sahədə 100 faiz göstəriciyə nail olunub.

Birinci Avropa Oyunlarının Bakıda keçirildiyini xatırladan Prezident İlham Əliyev diqqətə çatdırın ki, gələn il Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçiriləcək. Medianın dəstəyi olmadan bu, mümkün deyil.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir