Modern.az

Avropada Azərbaycana qarşı 19 qərar çıxarılıb

Avropada Azərbaycana qarşı 19 qərar çıxarılıb

16 Noyabr 2016, 12:45

“Azərbaycanda ədalət mühakiməsinin həyata keçirilməsində müəyyən problemlərin olması həddindən artıq çoxdur. Bununda həlli üçün işlər görülür. Lakin məhkəmə sistemində də ədalət mühakiməsi sisteminin səmərəliliyində rəqəmlərə istinad etsək görərik ki, bu işi lazımi səviyyədə həyata keçirir. Təbii ki, problem var və həllinə çalışılır”.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Məhkəmə-Hüquq Şurasının aparat rəhbəri Cavid Hüseynov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında məlumat verib. Aparat rəhbəri parlamentdə “Məhkəmə-Hüquq Şurası haqqında”, “Məhkəmələr və hakimlər haqqında” qanunlara təklif olunan dəyişiklərin müzakirə zamanı bildirib ki, keçən il Avropada Azərbaycana qarşı 19 qərar çıxarılıb.

 

Aparat rəhbəri məhkəmələrdəki işlərin statistikasını da açıqlayıb:

 

“Keçən il birinci instansiya məhkəmələrində mülki işlər üzrə təmin olunan iddiaların sayı 96 faiz təşkil edib. İqtisadi mübahisələr üzrə 96,5 faiz, inzibati mübahisələr üzrə 82,7 faiz təşkil edib. Qətnamələrin 93,4 faizindən apellyasiya şikayəti verilməyib. Cinayət işləri üzrə hökmlərin 70 faizi ilə tərəflər razılaşıb. Qərardan da kassasiya şikayəti verilməyib. Məhkəmələrdə sabitliyə gəlincə, mülki işlər üzrə 98 faiz, cinayət işləri üzrə hökmlərin sabitliyi 91 faizdir”.

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanın müdafiə xətti yarılır - Orduya çağırış edildi