Modern.az

Deputatlar Cinayət Məcəlləsinə dəyişiklikləri dəstəklədi   

Deputatlar Cinayət Məcəlləsinə dəyişiklikləri dəstəklədi   

Aktual

16 Noyabr 2016, 12:59

Deputatlar Cinayət Məcəlləsində internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir edən cərimələnəcək və ya azadlıqdan məhrum edilmə ilə bağlı nəzərdə tutulan dəyişiklikləri dəstəklədiklərini bildiriblər.

 

Modern.az-ın xəbərinə görə, Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən millət vəkili Fəzail Ağamalı deyib ki, bu gün Azərbaycan prezidentinin günahı nədir ki, o, əsassız yerə təhqilərə məruz qalır: “Prezident də Azərbaycan vətəndaşıdır və dövlət başçısı olaraq dövlət atributu hesab edilir. Ona görə də hesab edirəm ki, hüquq-mühafizə orqanları bütün imkanlardan istifadə edərək vətəndaşların şəxsiyyətinin alçaldılmasının qarşısını almalıdır. Qanunun icrası zamanı hər hansı güzəştə yol vermək olmaz”- deyə, millət vəkili vurğulayıb.

 

Deputat bildirib ki, dəyişikliyə görə, beynəlxalq təşkilatlar, Avropa Şurası Azərbaycanı yenidən hədəf seçəcək. “Ancaq beynəlxalq təşkilatların mövqeyinə əhəmiyyət verməmək lazımdır”.

 

Deputat Məlahət İbrahimqızı da Məcəlləyə dəyişikliyi dəstəkləyərək bildirib ki, beynəlxalq təşkilatların Məcəlləyə dəyişiklilə bağlı mövqeyindən çəkinməməliyik: “Çünki hər bir xalqın öz milli dəyərləri var və o dəyərlərə sahib çıxmalıdır”.

 

Millət vəkili Çingiz Qənizadə öz növbəsində Məcəlləyə nəzərdə tutulan dəyişikliyi gecikmiş hesab edərək bildirib ki, belə bir dəyişiklik artıq indiyə kimi çoxdan olunmalı idi: “Əksinə, bu dəyişiklik qanunvericilikdə vətəndaşların hüquqlarının müdafiəsi ilə bağlı boşluqların doldurulmasına xidmət edir”.

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır