Modern.az

Cinayət təqibi zamanı hal şahidlərindən imtina olunur

Cinayət təqibi zamanı hal şahidlərindən imtina olunur

16 Noyabr 2016, 13:22

Azərbaycanda cinayət təqibi zamanı hal şahidi olmadan əməliyyat aparan orqan tərəfindən videoçəkilişin aparılması mümkün olacaq.

 

Modern.az-ın xəbərinə görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında bununla bağlı Cinayət-Prosessual Məcəllənin 236.4 və 244.1 maddələrinə əlavələr müzakirə edilib. Təklif olunan dəyişiklərə görə, axtarış və ya götürmə zamanı azı 2 hal şahidi iştirak etmədikdə video çəkilişdən istifadə etmə mümkün olacaq.

 

Komitə sədri Əli Hüseynli isə bildirib ki, burada hal şahidinin iştirak etməsinin qadağasından yox, sadəcə əməliyyatı aparan orqana hal şahidindən istifadə etməmə hüququ verilir: “Müzakirəyə çıxarılan layihə də bu kimi məsələlərin həllinə yönəlib. Yeni layihəyə əsasən, istintaq hərəkətləri zamanı videoçəkilişdən istifadə edildiyi halda hal şahidlərinin iştirakının məcburiliyi aradan qaldırılacaq. Burada hal şahidlərinin iştirakının yalnız məcburiliyi aradan qaldırılır, amma hal şahidlərinin iştirakı həm də mümkündür. Digər tərəfdən, apellyasiya baxışının təyin olunması barədə ilkin qərardan kassasiya şikayətinin verilməsi prosesinin məhdudlaşdırılmasına dair təkliflər irəli sürülüb.

 

Əslində, ilkin qərardan şikayətin verilməsi cinayət mühakiməsinin bəzən aylarla uzadılmasına gətirib çıxarır. Bu dəyişikliyin edilməsi cinayət təqibinin sadələşdirilməsi və cinayət mühakiməsi prosedurunun tezləşdirilməsi üçün vacibdir. Yəni zərurət olduğu halda hal şahidi ola bilər. Bütün hallarda biz bu təklifi plenar iclasa tövsiyə edək. Amma bu məsələ ilə bağlı ayrıca işçi müzakirəsi apararıq”.

 

Layihə Milli Məclisin iclasına tövsiyə olunub.

 

Ağa AKİFOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü