Modern.az

Məktəblilərin "qızıl payız"ı... - FOTO

Məktəblilərin "qızıl payız"ı... - FOTO

Aktual

16 Noyabr 2016, 12:44

Bakı şəhəri Nəsimi rayonu 14 №-li tam orta məktəbdə “Qızıl payız” adlı tədbir keçirilib.  Əvvəlcə foyedə  məktəb şagirdlərinin payız fəslini əks etdirən əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Çıxış edən məktəb direktoru Hürzad Verdizadə Prezident İlham Əliyevin təhsilə göstərdiyi qayğı nəticəsində əldə edilən nailiyyətlərdən,  şagirdlərin hərtərəfli inkişafı ilə əlaqədar həyata keçirilən  uğurlu layihələrdən bəhs edib. Bildirib ki,  14 №-li tam orta məktəbdə təhsillə yanaşı, şagirdlərin dünyagörüşlərinin, o cümlədən yaradıcılıq qabiliyyətlərinin daha da inkişaf etdirilməsi istiqamətində  mütəmadi olaraq tədbirlər keçirilir, müsabiqələr elan edilir. Bu tədbir də şagirdlərin yaradıcılıqlarını, ictimai fəallıqlarını inkişaf etdirmək məqsədilə təşkil olunub.

 

Sonra ibtidai sinif müəlliməsi Esmira İsayeva 2e rus bölməsi üzrə keçirilən “Qızıl payız” müsabiqəsi və şagirdlərin hazırlıqları barədə ətraflı məlumat verib. Daha sonra şagirdlərin hazırladıqları “Mən payızı niyə sevirəm?” adlı video-çarx  nümayiş etdirilib, şeirlərsəsləndirilib.

 

Sonda direktor Hürzad Verdizadə, Təlim-tərbiyə işləri üzrə direktor müavini Rəna Varşabova, İbtidai sinif müəllimi Aygün Cəfərova, məktəbin rus bölməsi üzrə müəllimi Sürəyya Əliyevadan ibarət münsiflər heyətinin qərarına əsasən, sərgidə əl işləri, müsabiqədə təqdim etdikləri şeirləri ilə fərqlənən şagirdlər diplom və sertifikatlarla təltif ediliblər.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır