Modern.az

Keçmiş nazir qızının toyuna 74 milyon dollar xərclədi

Keçmiş nazir qızının toyuna 74 milyon dollar xərclədi

16 Noyabr 2016, 15:23

Hindistanın Karnataka ştatının keçmiş nazirin qızına keçirdiyi toy 74 milyon dollara başa gəlib.

Modern.az  xəbər verir ki, 49 yaşlı Qali Janardhana Reddi mərasimdə şou təşkil etməkdən ötrü 8 Bollivud rejissoru cəlb edib.

Mərasim 5 gün davam edib, qonaqları yerli tanınmışlar əyləndiriblər.

Məlumatda qeyd edilir ki, gəlin məşhur dizaynerlər dəstəsinin, bəy isə 5 ağ atın əhatəsində olub. Qızın valideynləri mərasim üçün xüsusi yazılan mahnını ifa ediblər.

Redi Hindistanın ən varlı siyasətçilərindən biri hesab olunur. O 2014-cü ildə Karnataka ştatındakı dəmir filizinin hasilatı üçün lisenziya alıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir