Modern.az

Millimizin rəqibinin baş məşqçisi istefa verdi

Millimizin rəqibinin baş məşqçisi istefa verdi

Aktual

16 Noyabr 2016, 15:54

Futbol üzrə Norveç millisinin baş məşqçisi Per Matias Hoqmo istefa verib.

Modern.az xəbər verir ki, bu barədə Norveç Futbol Federasiyası məlumat yayıb.

Hoqmo keçirdiyi mətbuat konfransında millinin uğursuz çıxışlarından sonra bu qərarı verməli olduğunu deyib.

57 yaşlı mütəxəssis 2013-cü ildən Norveç millisini çalışdırırdı.

Qeyd edək ki, Norveç millisi DÇ-2018-in seçmə mərhələsində yığmamızla birgə C qrupunda yer alıb. Qrupda keçirdiyi 5 oyundan birində qalib gələn, dördündə uduzan skandinaviyalılar turnir cədvəlində 5-ci yerdədir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü