Modern.az

Müavinətlərin verilməsində inflyasiya mütləq nəzərə alınacaq

Müavinətlərin verilməsində inflyasiya mütləq nəzərə alınacaq

Aktual

16 Noyabr 2016, 15:55

“Gələn il inflyasiya rəqəmləri mütləq nəzərə alınacaq”.

Modern.az-ın xəbərinə görə, bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında komitə sədri Hadi Rəcəbli deyib.

O bildirib ki, gələn ilin sosial xərclərində və müavinətlərdə inflyasiyaya görə addımlar atılması gözlənilir: “Ölkədə inflyasiyaya görə bəzi addımlar atıla bilər.

Büdcənin həcmi sosial sahədə ötən ilin miqdarından gələn il daha çox olacaq. Sosial məqsədlərə ayırmalar bu illə müqayisədə daha olacaq ”-deyə komitə sədri bildirib.

 

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır