Modern.az

Ukrayna milli polisinə erməni rəhbərlik edəcək

Ukrayna milli polisinə erməni rəhbərlik edəcək

16 Noyabr 2016, 17:26

Ukraynanın Nazirlər Kabineti Xatiya Dekanoidzeni Milli polisin rəhbəri vəzifəsindən azad edib. Modern.az Ukrayna mediasına istinadən bildirir ki, bu haqda Milli polisin spikeri Yaroslav Trakalo məlumat verib.

 

Məlumatda qeyd edilir ki, müvafiq qərar hökumətin bugünkü iclasında qəbul olunub.

 

Nazirlər Kabineti Vadim Troyanı isə bu vəzifənin icraçısı kimi təsdiqləyib.

 

Dekanoidze noyabrın 14-də istefaya getdiyini bəyan edib.

 

Ukraynanın daxili işlər naziri Arsen Avakov istefanı qəbul etdiyini xəbər verib. O, Ukrayna Milli polisinin rəhbəri vəzifəsini birincü müavin Troyanın isra edəcəyini də bildirirdi.

 

39 yaşlı Xatiya Dekonaidze 24 yaşından Gürcüstan prezidenti Mixail Saakaşvilinin islahatçılar komandasında çalışıb. O, Gürcüstanın Təhlükəsizlik Şurası administrasiyasına başçılıq edib.

 

Sonradan Gürcüstanın Təhsil Nazirliyinə rəhbər təyin olunub, bundan başqa Polis Akademiyasına da rəhbərlik edib. Ukraynada əvvəlcə daxili işlər naziri Avakovun müşaviri kimi fəaliyyətə başlayıb. 2015-ci il noyabrın 4-də Milli Polisin rəhbəri təyin olunmuşdu.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?