Modern.az

Dədə Şəmşirin yadigarı ad gününü qeyd edir

Dədə Şəmşirin yadigarı ad gününü qeyd edir

Aktual

16 Noyabr 2016, 17:46

Bu gün Azərbaycanın və Kəlbəcər rayonunun dəyərli ağsaqqalarından biri olan Dədə Şəmşirin oğlu Qənbər Qurbanovun doğum günüdür.

Modern.az-ın məlumatına görə, Qənbər Qurbanov 16 noyabr 1933-cü ildə Kəlbəcərin Ağdaban kəndində dünyaya gəlib.
1950-ci ildə Yanşaq kənd orta məktəbində təhsilini bitirdikdən sonra bir il kəndli-gənclər kursunda işləyib. 1951-ci ildə Ağdam İkillik Müəllimlər İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olub. 1953-cü ildə həmin institutu bitirərək Kəlbəcər rayon Ağdaban kənd yeddiillik məktəbində müəllim, 1957-ci ildən isə həmin məktəbin direktoru işləyib.

1957-ci ilin mart ayından 1958-ci ilin avqust ayınadək Kəlbəcər rayon Partiya Komitəsində təbliğat-təşviqat şöbəsinin müdiri vəzifəsində çalışıb. 1958-ci ildə Bakı Ali Partiya məktəbinə göndərilib.

Q.Qurbanov 1960-1966-cı illərdə Ağdaban səkkizillik məktəbidə direktor, 1966-1971-ci illərdə Kəlbəcər qəsəbə orta məktəbidə direktor, 1971-ci ildən 1974-cü ilədək Kəlbəcər RPK-nın ikinci katibi, 1974-1988-ci illərdə Kəlbəcər RİK-in sədri, 1989-cu ilin aprelindən 1991-ci ilin oktyabr ayınadək Gədəbəy RİK-in sədri, 1991-ci ildən 1992-ci ilin may ayınadək Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı, 1993-cü ilin aprel ayından “Azərittifaq”da baş müşavir, 1993-cü ilin aprel ayından 1994-cü ilin yanvar ayınadək Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı işləyib.

Q.Qurbanov Respublika Ağsaqqallar Şurası Məclisinin üzvü, Aşıq Şəmşir Mədəniyyət ocağı İctimai Birliyinin sədrivə Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.


Uzun müdət dövlət fəaliyyətində səmərəli çalışdığına görə Qənbər müəllim “Şərəf nişanı” ordeni, "Əmək igidliyinə görə" və "Əmək veteranı" medalı ilə təltif edilib.

Azərbaycanın sosial-iqtisadi inkişafındakı əməyi müstəqil Azərbaycan dövləti tərəfindən 18 oktyabr 2011-ci ildə "Tərəqqi" medalı ilə dəyərləndirilib.

Qənbər Şəmşiroğlunun şeirlərinin böyük bir qismi "525-ci qəzet", "Ədalət", "Ədəbiyyat" və başqa qəzetlərdə, "Folklor və etnoqrafiya" jurnalında dərc olunub.
O, millət vəkili, “Azərbaycan Dəmir Yolları”nın rəisi Cavid Qurbanovun atasıdır.



Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü