Modern.az

Deputat HİDDƏTLƏNDİ: “Haqqımda bu xəbəri yayanlar barədə ölçü götürəcəm!”

Deputat HİDDƏTLƏNDİ: “Haqqımda bu xəbəri yayanlar barədə ölçü götürəcəm!”

16 Noyabr 2016, 18:00

“Haqqımda yayılan xəbərlər həqiqəti əks etdirmir. Heç yerdə deməmişəm ki, deputatın əmək haqqı azdır, artırmaq lazımdır və daha nələr nələr...”.

Bu sözləri Modern.az saytına açıqlamasında deputat Vahid Əhmədov deyib.

Qeyd edək ki, bir qədər əvvəl sosial şəbəkələrdə və bəzi xəbər saytlarında belə bir informasiya yayılıb ki, guya,  Vahid Əhmədov deputatların maaşının azlığından şikayətlənərək, 2 min 200 manatla hazırkı vəziyyətdə dolanmağın çətin olduğunu deyib.

Vahid Əhmədov  bu cür xəbərlərin necə yayılmasından xəbərsiz olduğunu bildirib.

“Haqqımda bu cür yanlış informasiya yazanlar barədə ölçü götürəcəm. Amma konkret deyə bilmərəm ki, bu cür xəbərlər kimdən və nədən qaynaqlanır. Araşdıraq görək kim bizdən nə istəyir?!”.


Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi