Modern.az

Baş Prokurluqdan Əli Abbasov AÇIQLAMASI: “Həqiqəti əks etdirmir”

Baş Prokurluqdan Əli Abbasov AÇIQLAMASI: “Həqiqəti əks etdirmir”

16 Noyabr 2016, 18:13

"Bəzi KİV-lərdə guya, dövlət ittihamçısı Fərid Nağıyevin məhkəmədə çıxışı zamanı sabiq rabitə və yüksək texnologiyaları naziri Əli Abbasov, eləcə də nazirliyin digər vəzifəli şəxsləri barəsində cinayət işinin başlanıldığının bildirilməsi barədə informasiyalar  yayılıb.

Baş Prokurorluğun mətbuat xidməti isə bunu təkzib edib.

Baş Prokurorluqdan Modern.az-a verilən məlumatda bildirilib ki,  sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin başlanması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Eyni zamanda dövlət ittihamçısı Fərid Nağıyev tərəfindən belə fikir səsləndirilməyib.

 

“Haqqında söhbət açılan cinayət işi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri barəsində istintaqı aparılmış cinayət işinin materiallarından ayrıca icraata ayrılmış cinayət işidir.

Hazırda həmin iş üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”-deyə məlumatda bildirilib.

 

Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir