Modern.az

Bakıda Müəllim İnkişaf Mərkəzi açılıb

Bakıda Müəllim İnkişaf Mərkəzi açılıb

Aktual

16 Noyabr 2016, 20:29

Bu gün Bakıda Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən təsis olunmuş Azərbaycan Müəllim İnkişafı Mərkəzinin (AMİM) yeni binasının açılış mərasimi keçirilib. Modern.az saytı xəbər ki, açılış mərasimində çıxış edən Avropa Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri Tale Heydərov bildirib ki, Azərbaycan Müəllim İnkişaf Mərkəzinin Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın uğurla həyata keçirilməsinə töhfə vermək məqsədilə yaradılıb.

O, qeyd edib ki, təhsilin inkişafına dəstək Avropa Azərbaycan Cəmiyyətinin fəaliyyətində əsas strateji istiqamətlərdən biridir. Cəmiyyət 2011-ci ildə dünyanın ən qabaqcıl təhsil standartlarına cavab verən Avropa Azərbaycan Məktəbini təsis edib.

Məktəb haqqında məlumat verən T.Heydərov bildirib ki, 3-6 yaşlı uşaqlar üçün Erkən Təlim Mərkəzi, İbitdai və Tam orta məktəbi özündə birləşdirən yerli və beynəlxalq təlim proqramları üzrə təhsil verən kompleksdir. Hazırda minə yaxın şagirdin təhsil aldığı bu model təhsil mərkəzi Beynəlxalq Məktəblərin Avropa Şurasına (ECIS) və Beynəlxalq Məktəblər Şurasına (CIS) üzv qəbul edilib, həmçinin Beynəlxalq Bakalavriat Təşkilatının Diplom Proqramı üzrə avtorizasiya alıb.

TEAS sədri vurğulayıb ki, təhsil sahəsində layihələrimizin davamı olaraq təlim prosesində əsas faktor olan müəllim hazırlığına da xüsusi önəm verilib. Bu məqsədlə postsovet məkanında müəllim hazırlığı üzrə yeni model – Müəllim İnkişaf Mərkəzi yaradılıb. Mərkəzə müəllimlər üçün əlavə təhsil mərkəzi kimi dövlət tərəfindən lisenziya verilib. Mərkəzin işini müsir standarlar səviyyəsində təşkil etmək üçün beynəlxalq səviyyəli mütəxəssislər cəlb edilib və müəllim hazırlığı üzrə yeni proqramlar yaradılıb. Mərkəzdə müəllim hazırlığı üzrə ən müasir elmi-pedaqoji və tədris kitablarını əhatə edən kitabxana yaradılıb və o, İT-yə əsaslanan tədris avadanlıqları ilə təmin edilib.

Azərbaycan Müəllim İnkişaf Mərkəzinin direktoru Qrem Polak  mərkəzin qarşısına qoyulan missiyanı uğurla yerinə yetirəcəyini əmin olduğunu bildirib. O daha sonra məlumat verib ki, 17 noyabrda AMİM-in təşkilatçılığı ilə “Təlim Keyfiyyətinin Yüksəldilməsi” adlı Beynəlxlaq Təlim Konfransının açılışı olacaqdır. İki gün ərzində keçiriləcək konfransda 600-dən artıq iştirakçı qeydiyyatdan keçib. Konfransda təhsil üzrə tanınmış məruzəçi və tədqiqatçılar, iki tanınmış beynəlxalq məruzəçi - Bill Martin (ABŞ) və Debra Masters (Yeni Zellandiya) çıxış edəcəkdir.

 Amerikalı təhsil mütəxəssisi Bill Martin təhsilin inkişafını dəstəkləmək və müəllim hazırlığını təkmilləşdirilməsi məqsədi ilə belə bir mərkəzin yaradılmasını olduqca əhəmiyyətli layihə olduğunu, inkişaf edən Azərbaycan üçün bu istiqamətdə layihələrin reallaşdırılmasının vacib hesab etdiyini bildirib.

Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini Bəxtiyar Əliyev ölkəmizdə təhsil islahatlarının uğurla davam etməsində Azərbaycan Müəllim İnkişafı Mərkəzinin də dəstək verəcəyini vurğulayıb.

Sonra Mərkəzinin açılışını bildirən rəmzi lent kəsilib.

AMİM haqqında əlavə məlumat üçün www.azteachers.az səhifəsinə müraciət edə bilərsiniz.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?