Modern.az

Qubada iki uşaq atası öldürülüb

Qubada iki uşaq atası öldürülüb

16 Noyabr 2016, 22:21

Quba rayonunun Barlı kənd sakini, 37 yaşlı Ramiz Məmmədov qohumu, 1961-ci il təvəllüdlü Yusif Babayev tərəfindən bıçaqlanıb. Modern.az saytı xəbər verir ki, ARB TV-nin məlumatına görə, hadisə səhər saatlarında baş verib.

O, dərhal Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olan Ramiz Məmmədov əməliyyat otağına aparılarkən dünyasını dəyişib. Bıçaqlanaraq öldürülən Ramiz Məmmədov iki uşaq atasıdır.

Rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Yusif Babayev saxlanılıb.

Faktla bağlı Quba Rayon prokurorluğunda araşdırmalara başlanılıb.

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir