Modern.az

İlham Əliyev Dünya Xəbər Agentliklərinin nümayəndələrini qəbul edib

İlham Əliyev Dünya Xəbər Agentliklərinin nümayəndələrini qəbul edib

17 Noyabr 2016, 10:22

Noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 17-də Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçılarının bir qrupunu qəbul edib.

Azərbaycan Prezidenti görüşdə deyib:

-Dünən biz görüşmüşdük. Dünənki çıxışımda qeyd etdiyim kimi, bu qlobal tədbirə ev sahibliyi etmək böyük şərəfdir. Dünyanın bu qədər çoxlu sayda aparıcı xəbər agentliklərinin nümayəndələrinin Bakıda toplaşması çox əlamətdar haldır. Bu, ölkəmizin təqdimatı üçün yaxşı imkan yaradır. Dünən qeyd etdiyim kimi, müstəqil ölkə kimi Azərbaycan gənc bir dövlət olmasına baxmayaraq, zəngin tarixə, ənənələrə, mədəniyyətə malik bir ölkədir. Ümidvaram ki, sizin gəzintilərə çıxaraq Azərbaycanın bir sıra tarixi yerlərini görmək və Azərbaycan haqqında daha çox məlumat əldə etmək imkanınız olacaq. Çünki biz hələ də özümüzü təqdim etmək üçün çox işlər görməliyik. 25 illik dövr bunun üçün kifayət deyil. Bu baxımdan biz dünya miqyasında müxtəlif tədbirlər, o cümlədən mədəniyyət sahəsi, iqtisadi potensialımızın təqdim edilməsi ilə bağlı tədbirlər keçiririk. Lakin təqdimatın ən yaxşı yolu qonaqlara burada ev sahibliyi etməkdir. Xüsusilə, o qonaqları ki onlar gündəlik işlərində beynəlxalq ictimaiyyəti dünyada gedən proseslərlə məlumatlandırırlar. Buna görə, bu baxımdan fikrimcə, Bakıda bu Konqresin keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?