Modern.az

“Lisenziyalar və icazələr haqqında” qanunla Vergi Məcəlləsi dəyişdirilir

“Lisenziyalar və icazələr haqqında” qanunla Vergi Məcəlləsi dəyişdirilir

16 Noyabr 2016, 16:00

Sahibkarlıq fəaliyyəti üçün icazələrin sayı azaldıla bilər. Modern.az-ın xəbərinə görə, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Lisenziyalar və icazələr haqqında" qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı komitə sədri Ziyad Səmədzadə məlumat verib.

 

Qanun layihəsində 3 nömrəli əlavə - "Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı"nın 82-ci bəndinin ləğv edilməsi təklif edilir.

Qeyd edək ki, qanunda 3 nömrəli əlavədə 82-ci bənd - turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətinin akkreditasiyadan keçməsi haqqında qərarın verilməsini nəzərdə tutur.

Qanuna təklif edilən bu dəyişiklik qəbul olunsa, sahibkarlıq fəaliyyəti üçün icazələrin sayı 86-ya enəcək.

 

Azərbaycanda vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən vergi orqanına (vəzifəli şəxsə) verilən şikayət edilən qərar (akt) və ya hərəkət Azərbaycan qanunvericiliyinə uyğun olmadıqda, şikayətə baxan vergi orqanı (vəzifəli şəxsi) onun icrasını tam və ya qismən dayandıracaq.

Ziyad Səmədzadə "Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında" qanun layihəsindən də danışıb.

Onun sözlərinə görə, Vergi Məcəlləsinin 63.2-ci maddəsinin ikinci hissəsinin birinci cümləsində "dayandıra bilər" sözləri "dayandırır" sözləri ilə əvəz edilib.

 

Xatırladaq ki, indiyədək qüvvədə olan maddəyə görə, şikayət edilən qərar (akt) və ya hərəkət qanunvericiliyə uyğun olmadıqda, şikayətə baxan vergi orqanı (vəzifəli şəxsi) onun icrasını tam və ya qismən dayandıra bilər.

 

Hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı