Modern.az

Dünyanın ən bahalı şəhərlərinin adları açıqlanıb

Dünyanın ən bahalı şəhərlərinin adları açıqlanıb

3 Mart 2011, 11:17

Fransanın “Point”qəzetində dünyanın 10 ən bahalı şəhərinin siyahısı dərc edilib. Bu siyahıya Anqolanın paytaxtı Luanda başçılıq edir. Əhalisinin 57 faizinin yoxsulluğun son həddində yaşadığı bu şəhərdə brilyant istehsalı ilə məşğul olan xarici müəssisələrdə çalışanlar yalnız yaxşı yaşayır və rahat həyat tərzi keçirirlər.
Bahalı şəhərlər sırasında dünyanın tanınmış şəhərlərindən London 17-ci və Nyu-York 27-ci yerdə gəldiyi halda, Yaponiyanın paytaxtı Tokio ikinci yeri tutur. Belə bahalığa əsas səbəb kimi dünyanı bürümüş maliyyə böhranı gətirilir.
Afrika qitəsinin daha bir ölkəsinin -Çadın Ncamen şəhəri siyahıda 3-cü, Moskva 4-cü, İcveçrənin Cenevrə şəhəri 5-ci, Yaponiyanın daha bir şəhəri Osaka 6-cı yeri tutur. Qabonun Librevill şəhəri 7-ci, İsveçrənin Sürix şəhəri 8-ci, Honkonq 9-cu və Danimarkanın paytaxtı Kopenhagen 10-cu yerdə gəlir.
Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi