Modern.az

Yoluxucu xəstəliklərlə mübarizə yolları müzakirə edildi - FOTO

Yoluxucu xəstəliklərlə mübarizə yolları müzakirə edildi - FOTO

Aktual

11 Noyabr 2016, 14:53

"Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirməyə başladığı "Dövrümüzün bəlasına çevrilmiş ağır yoluxucu xəstəliklərlə mübarizə” layihəsinin növbəti tədbirini keçirib.

 

Tədbir noyabrın 10-da Bakı şəhəri Binəqədi rayonunun Xocasən qəsəbəsində yerləşən 103 saylı tam orta məktəbdə baş tutub. Tədbirin məqsədi Hepatit B və Hepatit C, vərəm, İİV/QİÇS xəstəliklərinin yayılmasının qarşısının alınmasına müəyyən dərəcədə köməkliyin göstərilməsi idi.

 

Məktəbin direktoru Yusif Alməmmədov "Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyinin kollektivini səmimi qəlbdən salamladı, tədbiri acıq elan etdi. Sonra layihənin aparıcı üzvlərindən biri doktor Fikrət Xəlilov çıxış edərək donor təşkilat haqqında qısaca məlumat verib layihənin məqsəd və məramlarını açıqladı.

 

 

Layihənin eksperti həkim-infeksionist Solmaz Mirzəyevaya dövrümüz bəlasına çevrilmiş olan ağır yoluxucu xəstəliklər- Hepatit B və Hepatit C, İİV/ QİÇS və vərəm haqqında məlumat verərək sözü gedən xəstəliklərin əlamətləri və həmin xəstəliklərə yoluxma yolları haqqında geniş məlumat verdi. Təlim şagirdlərdə böyük maraq doğurduğundan çoxlu sual-cavaba səbəb oldu.

 

Tədbirdə 80-85 şagird və müəllim kollektivi iştirak edirdi. Məktəblilərə sözügedən xəstəlikləri məlumat səviyyəsində özündə əks etdirən bukletlər paylandı.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü