Modern.az

Prezident daha iki rayonun icra başçısını dəyişdi

Prezident daha iki rayonun icra başçısını dəyişdi

3 Mart 2011, 18:44

Prezident İlham Əliyev iki rayonun icra hakimiyyətinin başçısı vəsifəsində dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutan Prezident İlham İsa oğlu Ağayevi Bərdə rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edib.

İlham Əliyev digər sərəncamla Vidadi İsa oğlu İsayev Tərtər rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Ölkə başçısı Ceyhun Fərrux oğlu Cəfərovu Tərtər rayonu İcra hakimiyyətinin başçısı təyin edib.

Vidadi İsa oğlu İsayev isə Bərdə rayonu İcra hakimiyyətinin başçısı təyin edilib.

Beləliklə, Bərdə rayonundakı vəzifəsini itirən İlham Ağayev hələki heç bir posta təyin edilməyib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu