Modern.az

Mübariz Qurbanlı “Siyasi partiyalar haqqında” qanuna dəyişikliyi vacib saymır

Mübariz Qurbanlı “Siyasi partiyalar haqqında” qanuna dəyişikliyi vacib saymır

4 Mart 2011, 12:14

ATƏT-in Bakı Ofisinin təşkilatçılığı ilə Azərbaycan hakimiyyəti və siyasi partiyaların birgə birgə müzakirələri keçiriləcək. ATƏT-in Bakı Ofisindən verilən məlumata görə, dəyirmi masanın yeni tarixi yaxın vaxtlarda elan olunacaq.

Modern.az-ın məlumatına görə, məsələyə münasibət bildirən YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı bildirib ki, hakim partiya müzakirələrə hər zaman hazırdır. Onun sözlərinə görə, belə müzakirələr elə parlamentdə hər iclas zamanı davam edir: “Burada müxtəlif siyasi partiyalar təmsil olunur və görürsünüz ki, diskussiyalar həmişə olur”.

Mübariz Qurbanlı uzun müddətdir gündəmdə olan “Siyasi partiyalar haqqında” Qanuna əlavə və dəyişikliklər məsələsinə də münasibət bildirib. Deyib ki, hazırda qüvvədə olan bu qanun 1992-ci ildə qəbul edilsə də, sənəd zaman-zaman təkmilləşdirilib.
Deputatın sözlərinə görə, “Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişiklikləri vacib saymır: “Amma bununla bağlı təkliflər olarsa, ona baxıla bilər”.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi