Modern.az

Fazil Mustafa ruslardan hesabat verməyi tələb etdi

Fazil Mustafa ruslardan hesabat verməyi tələb etdi

4 Mart 2011, 13:45

Milli Məclisin bugünkü iclasında millət vəkili Fazil Müstafa Qəbələ RLS-dəki yenidənqurma işlərinin başladığı barədə Modern.az-ın yaydığı məlumatı səsləndirib.

Deputat bildirib ki, bu RLS Azərbaycanın ərazisində yerləşən hərbi obyektdir. “Ancaq biz mətbuatdan oxuyuruq ki, Rusiya burada modernləşmə aparmaq istəyir. Moskva bununla bağlı mütləq bizə məlumat verilməlidir”-deyə deputat vurğulayıb.

Millət vəkili həmçinin 5 yaşlı uşağın anası və atası tərəfindən öldürülməsi ilə bağlı məlumatın ictimailəşdirməsinə görə ANS telekanalına minnətdarlıq edib.

Bu faciənin bir siqnal olduğunu deyən deputat qeyd edib ki, 100-lərlə bu cür təhlükədə olan balaca uşaqlar var. “Bu uşaqları təhlükədən qutarmaq lazımdı”-deyə millət vəkili bildirib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir