Modern.az

Əl Qaidə liderlərindən biri öldürüldü

Əl Qaidə liderlərindən biri öldürüldü

23 Noyabr 2016, 14:45

Əl Qaidənin liderlərindən Əbu Əfqan əl Masri öldürülüb.

 

Modern.az  xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin sözçüsü Peter Kok, təşkil etdiyi mətbuat konfransında keçən cümə günü Əbu Əfqan əl Masrinin öldürüldüyünü açıqlayıb.

 

Misir əslli olduğu və Əfqanıstanda Əl Qaidəyə qatıldıqdan sonra Suriyaya keçdiyi bildirilən əl Marsi, Suriyada Əl Qaidənin ən səlahiyyətli lideri olduğu bildirilir.

 

Suriyanın Sirmata şəhəri yaxınlığında keçirilən hava hücumunda öldürüldüyü bildirilən əl Masrinin, Əfqanıstandakı Amerikan və koalisiya güclərinə təşkil edilən bir çox hücumda rolu olduğu qeyd edilib.

 

Qafar Ağayev

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi